- Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında – 1972-ci i l06.12.1993-cü il
- BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası – 1992-ci il 10.01.1995-ci il
- Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında – 1972-ci il 06.12.1993-cü il
- BMT-nin İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası – 1992-ci il 10.01.1995-ci il
- Ozon qatının qorunması üzrə Konvensiya – 1985-ci il 31.05.1996-cı il
- Səhralaşmaya qarşı mübarizə Konvensiyası – 1994 – cü il 24.04.1998–ci il
- Kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət haqqında ( CITES ) – 1973-cü il 23.06.1998-ci il
- Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası – 1979–cu il 28.10.1999-cu il
- Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul etməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında Orxus Konvensiyası -1998-ci il 09.11.1999-cu il
- Sərhədlərarası konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Konvensiya – 1991–ci il 01.02.1999-cu il
- Biolojimüxtəliflik üzrə Konvensiya -1992-ci il 14.03.2000-ci il
- Bitkilərin qorunması üzrə Roma Konvensiyası – 1951–ci il 14.03.2000-ci il
- Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası – 1989–cu il 16.02.2001-ci il
- Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi Konvensiyası – 1992-ci il 18.03.2000-ci il
- Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında Ramsar Konvensiyası – 1971-ci il 18.07.2001-ci il
- Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında -1979–cu il 09.04.2002-ci il
- Davamlı üzvü çirkləndiricilər haqqında Stokholm Konvensiyası – 2001-ci il 09.01.2003-cü il
- Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya – 1992-ci il 04.05.2004-cü il
- Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə çərçivə Konvensiyası 18.05.2006-cı il
Category Archives: Eko maarifləndirmə
Azərbaycan Respublikasının Qanunları
- Atmosfer Havasının Mühafizəsi Haqqında Azərbaycan Respublikasının Qanunu
- Balıqçılıq Haqqında Azərbaycan Respublikasının Qanunu
- Bitki Mühafizəsi Haqqında Azərbaycan Respublikasının Qanunu
- Əhalinin Radiasiya Təhlükəsizliyi Haqqında Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Ekoloji Cinayətlər
- Heyvanlar Aləmi Haqqında Azərbaycan Respublikasının Qanunu
- Hidrometeorologiya Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu
- Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri Haqqında Azərbaycan Respublikasının Qanunu
- İstehsalat və Məişət Tullantıları Haqqında Azərbaycan Respublikasının Qanunu
- Pestisidlər və Aqrokimyəvi Maddələr Haqqında Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Təsdiq Edilməsi Haqqında Azərbaycan Respublikasının Qanunu Yerin Təki Haqqında Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəli tullantıların sərhədlərərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel konvensiyasına qoşulması barədə Azərbaycan Respublikasının Qanunu
- «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu
- Seleksiya nailiyyətləri haqqında Azərbaycan Respublikasının Qanunu
- Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu
- Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu
- İcbari ekoloji sığorta haqqında Azərbaycan Respublikasının Qanunu
- «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
- Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu
- «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
- Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
- «Bitki karantini haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
- Bitki karantini sahəsində əməkdaşlıq haqqında Sazişə Azərbaycan Respublikasının qoşulması barədə Azərbaycan Respublikasının Qanunu
- Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
- «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyaya (CITES) qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
- «Nüvə materialının fiziki mühafizəsi haqqında» Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu
- Birləşmiş Millətlər Təşkilatının Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsinin və onun əlavələrinin, Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləyə dair Protokolun və onun əlavələrinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
- «Davamlı üzvi çirkləndiricilər haqqında» Stokholm Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu
- «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
- «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
- «Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə
- «Sənaye qəzalarının transsərhəd təsiri haqqında» Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu
- Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu
- Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu
- «Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında» 1990-cı il tarixli Beynəlxalq Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu
- «Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında» Avropa Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının «Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında» BMT-nin Konvensiyasına qoşulması barəsində Azərbaycan Respublikasının Qanunu
- «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında Azərbaycan Respublikasının Qanunu
- Birləşmiş Millətlər Təşkilatının «Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə» Konvensiyasına qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
- «Bitki mühafizəsi haqqında» Beynəlxalq Konvensiyaya qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
- Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
- YUNESKO-nun «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu – bataqlıq yerlər haqqında» Konvensiyasına, 1982-ci il dekabrın 3-də imzalanmış «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında» Konvensiyaya dəyişikliklər haqqında Protokola və 1987-ci il mayın 28-də «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında» Konvensiyaya qəbul edilmiş düzəlişlərə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
- «Birləşmiş Millətlər Təşkilatının «İqlim dəyişmələri haqqında» Çərçivə Konvensiyasına dair» Kioto Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanunu
HAVA NƏDƏN ASILIDIR ?
HAVA NƏDƏN ASILIDIR ?
Hava birinci növbədə Günəşdən Yerə gələn istilikdən asılıdır. hansı yerdə Günəş ücadan görünürsə Günəşin batması uzun çəkirsə, orada torpaq və hava çox qızır. Əksinə Günəş üfüqə yaxın görünürsə və tez batırsa torpaq və hava az qızır və ya heç qızmır. Dənizlərin səthi çox yavaş qızır və gecələrdə çox yavaş soyuyur.
Beləliklə, Yerin müxtəlif rayonlarında isti və soyuq hava toplanır. Hava bir yerdə durmayıb hərəkət edir. Bu zaman Yerin səthindən asılı olaraq havanın istiliyi və rütubətliyi dəyişir. Soyuq hava isti yerə toxunduqda aşağıdan qızmağa başlayır. Bu zaman Yerin səthindən qalxan rütubət havadahəll olunur. O, qızıb yüngülləşdiyi üçün yuxarı qalxır və orada yenə soyuyur. Beləliklə də, rütubət göydə gördüyümüz bulut şəklinə düşür (dumana çevrilir). bu da sonra qar, yağış şəklində yerə yağır. Müxtəlif istilikdə olan hava kütlələrinin hərəkətindən və dəyişməsindən hava dəyişmələri (külək, qasırğa, boran, qar, yağış, dolu və s.) əmələ gəlir.
AYDIN HAVANIN ƏLAMƏTLƏRİ
Günortaya yaxın dəstə-dəstə nazik buludlar görünüb, axşama yaxın yox olur.
Gün batanda göyün üzü al, qızıl rəngə boyanır. Evlərin bacasından tüstü düz yuxarı qalxır.
Zəif külək günortaya yaxın güclənir və axşam olan kimi tamam sakitləşir. Gündüz isti, axşam isə sərin olur.
Günəş batdıqdan sonra alçaq yerlərdə və torpaq yollarda duman əmələ gəlib səhər gün çıxandan sonra çəkilir.
YAĞIŞ GÖZLƏNİLƏN HAVANIN ƏLAMƏTLƏRİ
Ulduzlar bərk sayrışır.
Səhər şəfəqi tünd qırmızı və ya qırmızı – qəhvəyi rəngdə olur.
Bulutlar görünməyə başlayıb, get- gedə göyün üzünü tutur. Bu bulutlar çox zaman şimaldan cənuba axışır. hava sakit olsa da bacalardan qalxan tüstü yerə meyl edir və azacıq yuxarı qalxmaqla yenə aşağı gəlir.
Səhər, gündüz və axşam havanın temperaturası, demək olar ki, bərabər our.
Axşama yaxın getdikcə güclənən külək sonra da sakitləşmir. Küləyin və qaçan bulutların istiqaməti bərabər olur.
Hava səhərdən isti və bürkü olduqda dolu yağacağını bildirir.
VAXT QURŞAQLARI
VAXT QURŞAQLARI
Keçən əsrin axırlarınna qədər bütün şəhər və kəndlərdə “yerli vaxt” deyə hər yerin bir cür saatı vardı.
Bu vəziyyəti aradan qaldırmaq üçün XIX əsrin axırlarında alimlər Yer kürəsini vaxt qurşaqlarına bölməyi qərara aldılar. Bu məqsədlə onlar Yer kürəsinin şimaldan cənuba çəkilmiş uzunluq dairələrini 24 qurşağa (tam gün 24 saat olduğu üçün) böldülər. O vaxtdan etibarən dünyada bütün saatların dəqiqə və sanəyələri eyni olub, yalnız vaxt qurşaqlarına görə saatlarında fərq olur.
Vaxt qurşağı İngiltərədə Londonun yaxınlığındakı Qrinviç rəsədxanasından keçən uzunluq dairəsindən başlayaraq şərqə doğru hesablanır.
Moskva II vaxt qurşağındadır. Yəni Moskva saatı London vaxtından 2 saat qabaq olmalıdır. Lakin bunu da nəzərə almaq lazımdır ki, 1930-cu ildə hökümətinqərarı ilə sovetlər birliyinin hər tərəfində saatlar 1 saat irəli çəkilmişdir ki, o zaman bu “dekret vaxtı” adlanırdı.
Beləliklə Moskva vaxtı London vaxtından 2 saat deyil 3 saat irəlidədir.
Bakı III qurşaqda olduğu üçün Bakının vaxtı Moskvadan 1 saat, Londondan 4 saat irəlidədir.
XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRIİN ADLARI
Mühafizə olunan ərazilərin statusu, yerləşməsi və əhatə edilməsi.
Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri Azərbaycan Respublikasının Milli sərvətidir və xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malikdir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin statusu «Ətraf mühitin mühafizəsi haqqında» və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmişdir.
Azərbaycan Respublikasında mühafizə məqsədləri və istifadənin xüsusiyyətlərinə görə fərqlənən xüsusi mühafizə olunan təbiət ərazilərinə aşağıdaki status verilir:
• dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
• milli parklar və təbiət parkları;
• ekoloji parklar;
• təbiət abidələri;
• dövlət təbiət yasaqlıqları;
• zooloji parklar;
• nəbatat və dendroloji parklar;
• müalicə-sağlamlıq yerləri və kurortlar.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi mühafizə olunan başqa təbiət ərazilərinin növləri də nəzərdə tutula bilər.
Təbiətin etalon ərazilərinin, bitki və heyvanlar aləminin genetik rəngərənliyinin qorunmasında qoruqlar sistemi ən ciddi və əhəmiyyətlisidir.
Respublika ərazisində qoruqların qeyri-bərabər şəkildə yerləşməsinə baxmayaraq,onlar əsas landşaftları əhatə edir və təbiət komrlekslərinin qorunmasında mühüm əhəmiyyət kəsb edir.
Hazırda respublikamızın ərazisində 13 Dövlət Təbiət Qoruğu , 6 Milli Park, 21 Dövalət Təbiət Yasaqlığı fəaliyyət göstərir.