Beynəlxalq Tütünçəkmədən İmtina Günü 1988-ci ilin 31 mayında ÜST Assambleyasında rəsmi olaraq elan olunub. 2003-cü ildə isə dünyanın 50-dən artıq ölkəsi ÜST-ün Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulub. Azərbaycanın da 2005-ci ildə qoşulduğu bu konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır.
Category Archives: Eko maarifləndirmə
EKOLOJİ KALENDAR
Aylar |
Günlər |
Əlamətdar günlərin adları |
Yanvar |
11 |
Qoruqlar və Milli Parklar günü |
28-29 |
Beynəlxalq nüvə müharibəsi əleyhinə səfərbərlik günü | |
29 |
Atom təhlükəsinə qarşı səfərbərlik günü | |
31 |
Beynəlxalq ət məhsullarından imtina günü | |
Fevral |
2 |
Bataqlıq heyvanları günü |
19 |
Dəniz məməlilərinin müdafiəsi günü.
Balinaları müdafiə günü 1986 cı ildən ov etməyin qadağan edilməsi haqqında qərar qəbul edilib. |
|
22 |
Cinayət qurbanlarının beynəlxalq müdafiə günü | |
Mart |
1 |
Narkamanlığa qarşı beynəlxalq müdafiə günü
|
|
Ümümdünya mülki-müdafiə günü | |
8 |
Ümüm dünya qadınlar günü | |
14 |
Bəndlərə qarşı hərəkat günü , Su , Çaylar və Həyatın müdafiəsi günü | |
15 |
Ümümdünya istehlakcıların hüquqlarının müdafiəsi günü.
15 mart 1962-ci ildən ABŞ prezidenti konqresdə təklif edib |
|
21 |
Beynəlxalq meşə günü | |
21 |
Beynəlxalq irq ayrılığı mübarizə günü
|
|
21 |
Novruz bayramı | |
22 |
Ümümdünya Su günü | |
22 |
Baltik dənizi günü. 1986-cı ildə Helsinki Konvensiyasının 17-ci iclasında qəbul edilib. | |
23 |
Ümümdünya metroloqlar günü. 1950-ci ildə konvensiya qüvvəyə minib BMT-tı tərəfindən,1961-dən qeyd olunur. | |
24 |
Ümümdünya vərəmlə mübarizə günü | |
26 |
Ümümavropa anti nəqliyyat aksiiyası günü | |
27 |
Beynəlxalq teatr günü. | |
30 |
Yerin müdafiə günü. | |
Aprel |
1 |
Beynəlxalq quşlar günü. 1906-cı ildəquşların müdafiəsi ilə bağlı beynəlxalq konvensiya imzalanıb |
|
Gülüş günü. | |
2 |
Beynəlxalq uşaq kitabı günü. | |
7 |
Ümümdünya sağlamlıq günü. | |
11 |
Faşist konslagerlərində olan əsrlərin beynəlxalq azadlıq günü. | |
12 |
Kosmanaftika və ümümdünya aviasiya günü. | |
17 |
Hemofiliya xəstəliyi ilə mübarizə günü. | |
18 |
Beynəlxalq tarixi yerlərin və abidələrin günü. | |
19-24 aprel |
Marş ( yürüş ) parklara günü . | |
22 |
Yer günü. | |
24 |
Labaratoriya heyvanlarının ümümdünya müdafiə günü. | |
|
Gənclərin beynəlxalq həmrəylik günü. | |
26 |
Radioaktiv qəzalarda həlak olanların anma günü. | |
28 |
Ümümdünya əməyin mühafizəsi günü. | |
29 |
Beynəlxalq rəqs günü. | |
3-cü həftənin |
Bazar günü |
Ümümdünya şəhərlərin qardaşlaşma günü |
15-aprel –
5-iyuna qədər
|
|
Ekaloji təhlükədən müdafiə günləri |
May |
1 |
Yaz Bayramı |
|
Avropa dövlətlərində əmək günü | |
|
“May day“ gənclik bayramı | |
3 |
Ümümdünya azad cap günü | |
5 |
Avropa günü | |
|
Beynəlxalq astma günü | |
|
Beynəlxalq əlillərin hüquqlarının müdafiə günü | |
8 |
Ümümdünya qırmızı xac və qızıl aypara günü | |
12 |
Ekaloji maarifləndirmə günü | |
|
Beynəlxalq tibb bacıları günü | |
15 |
Beynəlxalq iqlim günü . | |
|
Beynəlxalq ailə günü. | |
17 |
Beynəlxalq elektronrabitə günü. 27mart 2006 il BMT qərar qəbul edərək, 17 may Beynəlxalq ictimaiyyətin məlumatlandırılması günü kimi qəbul etmişdir. Dünyada internetdən və digər informasiya kommunikasiyalarından istifadə günü kimi qəbul edilmişdir. |
|
|
17 may 1865 – ci ildə Parisdə ilk dəfə beynəlxalq razılaşması imzalandı və Beynəlxalq Teleqraf razılaşması imzalanaraq Beynəlxalq Teleqraf İttifaqı yaradıldı. O gündən dünya ictimaiyyəti BMT Beynəlxalq elektron əlaqə və telekommunikasiya günü kimi qeyd edilir. Adətə görə hər bir ölkə bu gün cari ildə bu sahədə gördüyü işləri yekun vurur. |
|
18 |
Beynəlxalq muzeylər günü. 1978 ci ildən bütün dünya muzey işçiləri professional peşə günü kimi qeyd edirlər. |
|
|
Ümümdünya metroloq günü 20 may 1875- ci ildə Parisdə keçirilən “Metrologiya haqqında Konvensiya” həsr olunmuş konfransda qəbul edilmişdir bə metroloji ölçmələrin banisi D.İ. Mendeleyev hesab olunur. |
|
21 |
21 may 2003 cü ildə ilk dəfə Ümumdünya mədəni müxtəliflikləri dialoq naminə inkişafı günü kimi qeyd olunur. |
|
23 |
Azərbaycan Respublikasında Ekologiya Günü | |
24 |
Avropa Milli Parklar günü | |
31 |
Ümümdünya tütündən imtina günü | |
|
Avropada gonşular günü | |
Iyun |
1 |
Beynəlxalq uşaqları müdafiə günü |
2 |
Kür – Araz çayları günü | |
4 |
Beynəlxalq müharibələrdə (qurban) həlak olan uşaqlar günü. | |
5 |
Meliorator günü 5 iyun meliorasiya və su təsərrüfatı işçilərinin p peşə bayramıdır( 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır.) | |
|
Ümumdünya ətraf mühitin mühafizəsi günü. | |
8 |
Beynəlxalq Okeanlar günü | |
17 |
Səhralaşma və quraqlığa qarşı ümümdünya mübarizə günü | |
20 |
Ümumdünya Qaçqın və Məcburi Köçkünlər günü | |
23 |
Beynəlxalq olimpiya günü. | |
26 |
Beynəlxalq narkomaniya və narkotik maddələrlə mübarizə günü. | |
27 |
Ümümdünya balıqçılıq günü. 1985-ci ildən qeyd olunur. 1984-cü ildə Romada balıqçılığın inkişafına həsr olunmuş konfransda qərara alınıb. |
|
3 – cü |
Bazar |
Gənclər günü |
Iyul. |
1 |
Ümümdünya arxitektura günü. |
6 |
Ümümdünya öpüş günü
İlk dəfə İngiltərədə qəbul edilmişdir. |
|
Iyulun ilk həftəsi |
1995-ci ildən Beynəlxalq kooperativlər günü kimi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.
|
|
11 |
Ümümdünya xalqların köcürülmə günü. | |
20 |
Beynəlxalq şahmat günü. | |
Avqust |
1- ci bazar |
Dəmiryolcular günü |
6 |
Xerosima günü | |
|
Atom silahlarının qadağan olunan günü | |
|
Beynəlxalq həkimləri dünyada sülh günü | |
9 |
Ümümdünya köklü xalqlar günü | |
27 |
Kino günü | |
Sentyabr |
1 |
Bilik günü |
3 |
Beynəlxalq hicabla həmrəylik günü | |
8 |
Beynəlxalq savadlanma günü | |
8 |
Jurnalistlərin beynəlxalq həmrəylik günü | |
9 |
Ümümdünya gözəllik günü | |
12 |
Ümümdünya faşist qurbanlarının anma günü | |
13 |
Kompyuter, proqramist günü | |
15 |
( Ümümdünya ) sülh günü | |
16 |
Azon qatının müdafiəsi günü | |
3 – cü |
Bazar günü |
Meşəçilər günü |
21 |
Ümümdünya sülh günü ( BMT ). | |
26 |
Avropa dilləri günü. 2000-ci ildə təsis olunmuşdur. | |
27 |
Ümümdünya turizm günü.
1980-cı ildə təbliğat məqsədi ilə mədəni əlaqələrin genişləndirilməsi , xalqlar arasında qarşılıqlı anlaşma yaratmaq məqsədi daşıyır. |
|
28 |
Ümümdünya MOKS yanacağından istifadəyə qarşı mübarizə günü | |
24( 26 ) 29 |
Beynəlxalq dənizlər günü. | |
30 |
İnternet günü | |
Həftə sentyabrda |
Ümümdünya aksiyası | |
|
Dünyanı zibildən təmizləyək | |
Oktyabr |
1 |
Beynəlxalq musiqi günü. YUNESKO-nun qərarı ilə hər il qeyd olunur. |
|
Beynəlxalq qocalar günü | |
4 |
Ümümdünya heyvanları müdafiə günü . | |
4 oktyabr – 10 oktyabr. |
BMT-nın Baş Asambleyası ümümdünya kosmos həftəsi elm və texnikanin insanların həyat səviyyəsinin yüksəldilməsi məqsədilə qərara alıb. |
|
|
Beynəlxalq mənzil günü | |
5 |
Beynəlxalq həkimlər günü | |
6 |
Ümümdünya yaşayış yerlərinin müdafiəsi günü. | |
9 |
Ümümdünya poçt günü | |
11 |
Beynəlxalq təbii fəlakətin qorxusunun azaldılması günü. | |
14 |
Beynəlxalq standartlaşdırma günü | |
16 |
Ümümdünya ərzaq günü | |
17 |
Beynəlxalq kasıbçılığın azaldılması günü | |
24 |
Beynəlxalq BMT – nın günü | |
|
Ümümdünya məlumatların yayılması günü | |
25 |
Beynəlxalq qadınların sülhü müdafiə günü | |
29 |
Ümümdünya Təbiəti Müdafiə Cəmiyyətinin yarandığı gün | |
30 |
Represiya qurbanları günü | |
Noyabr |
8 |
Ümümdünya Keyfiyyət günü |
10 |
Ümümdünya gənclər günü | |
13 |
Beynəlxalq korlar günü | |
14 |
Ümümdünya şəkərlə mübarizə günü | |
16 |
Beynəlxalq tolerant günü | |
17 |
Beynəlxalq tələbə günü | |
21 |
Ümümdünya alqışlamaq (privetstvie) günü | |
|
Ümümdünya televiziya günü | |
25 |
Ümumdünya qadın zorakılığına qarşı mübarizə günü | |
3 – cü |
Həftəsi |
Fəlsəfə günü |
3 – cü |
Həftənin 4-cü günü |
Siqaret çəkməkdən etiraz günü |
Son |
Bazar |
Analar günü |
Dekabr |
1 |
Ümümdünya spidlə mübarizə günü |
3 |
Pestisidlərlə ümümdünya mübarizə günü | |
|
Beynəlxalq əlillər günü | |
5 |
Beynəlxalq iqtisadiyyatın sosial inkişafı yolunda könüllü təşəbbüs göstərmək günü | |
7 |
Beynəlxalq vətəndaş aviasiyası günü | |
10 |
Insan haqqları günü. BMT-nın Baş Assambleyası ümüm milli deklorasiya qəbul etmişdir. | |
|
Nobel mükafatı təqdimatı günü | |
11 |
Beynəlxalq dağlar günü 2003ildə BMT-nın Baş Assambleyası | |
11 |
Ümümdünya uşaq televiziyası günü | |
29 |
Beynəlxalq bioloji müxtəlifliklərin qorunması günü | |
|
||
|
||
|
Xəzərin Abşeronda ekoloji vəziyyəti
Xəzər dənizinə qovuşan irili-xırdalı 160 axar qeydə alınmışdır ki, onlardan 10-u Binəqədi, 8-i Sabunçu, 10-u Əzizbəyov, 6-sı Suraxanı, 32-si Xətai, 2-si Nəsimi, 47-si Səbail, 45-i Qaradağ rayonları ərazisindədir. 130 metrlik mühafizə zolağı nəzərə alınmadan yeni tikililər salınmış, bununla da sahil zolağında ekoloji vəziyyət kəskinləşmişdir.
«AzərSu» SC-nin Bakı Kanalizasiya Xidmət Idarəsinin 5 ədəd təmizləyici qurğusu (TQ) fəaliyyət göstərir ki, onlardan ikisi qəbul etdiyi çirkab suları bioloji üsulla, üçü isə mexaniki yolla təmizləmək üçün nəzərdə tutulmuşdur. Lakin MTQ-lar (Hacı Həsən MTQ, Mərdəkan-Şüvəlan MTQ, Zığ MTQ) uzun müddət fəaliyyət göstərdiyindən, cari və əsaslı təmir işləri aparılmadığından istismara yararsız vəziyyətə düşmüşdür. BTQ-lar (Hövsan Aerasiya Stansiyası və Sahil BTQ) isə istismara qüsurlarla verildiyindən, onların da fəaliyyəti qeyri-qənaətbəxşdir.
«AzərSu» SC-nin Bakı Kanalizasiya Xidmət Idarəsinin balansında olan «leysan suları» kollektorlarının əksəriyyəti (80%-ə qədəri) Səbail rayonu «Milli Park» ərazisindən Bakı buxtasına tökülür. Bu kollektorlara məişət-fekal, istehsalat və s. çirkab sularının axıdılması da müşahidə olunur. Bundan başqa, Bakı şəhərinin digər rayonlarında formalaşan qarışıq çirkab sular 8-ci km, Keşlə, Əhmədli, Dairəvi və s. kollektorlar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır.
Binəqədi rayonu ərazisindən dənizə 10 çıxış xətti vastəsilə müxtəlif tərkibli çirkab suların axıdılması davam edir. Novxanı qəsəbəsindən 8, Goradil və Fatmai qəsəbələrinin hər birindən 1 çıxış xətti ilə axıdılan müxtəlif tərkibli çirkab sular (məişət-fekal və qrunt sularının) çimərlik sahəsində gölməçələr yaradaraq, sahil zolağında ekoloji tarazlığı pozur və oradan da dənizə axır.
Sabunçu rayonu ərazisində dənizə 8 çıxış xətti qeydə alınmaqla yanaşı, Fatmai-Pirşağı qəsəbələri arasında və Kürdəxanı bağları sahəsində (sahilə yaxın ərazilərdə) kütləvi surətdə fərdi evlərin tikintisi müşahidə olunmuşdur. Pirşağı qəsəbəsindən, dənizə 3 çıxış xətti vasitəsilə çirkab suların axıdılması davam edir.
«Qızıl Qum» sanatoriyasında qaçqınlar məskunlaşmış və Təmizləyici Qurğular (TQ) baxımsızlıq üzündən sıradan çıxdığından çirkab sular təmizlənmədən xüsusi tikilmiş buxarlanma sahələrinə deyil, birbaşa sahil zolağına axıdılır. Bu da ərazidə bataqlıqların və süni çirkab gölməçələrinin əmələ gəlməsinə səbəb olur.
Xəzər rayonu ərazisindən dənizə 10 çıxış xətti qeydə alınmışdır. Şağan və Mərdəkan qəsəbələrində formalaşan çirkab suların relyef boyu axıdılması nəticəsində sahil zonasında on hektarlarla ərazi bataqlıqlaşmış və süni çirkab gölməçələri əmələ gəlmişdir. «Marina Beach» restoranının yanından, yolun altından qoyulmuş xüsusi boru xətləri vasitəsilə çirkab sular süni çirkab gölməçələrindən dənizə axıdılır.
Pirallahı qəsəbəsində bioloji təmizləyici qurğu (BTQ) istismara yararsız vəziyyətdə olduğundan ötürücü nasosxanalar çirkab suyu qurğulara deyil, birbaşa dənizə nəql edir. Qəsəbə ərazisindən dənizə 5 çıxış xətti qeydə alınmışdır. Dənizə olan çıxış xətlərinin ətrafında irili-xırdalı antropogen gölməçələr və zibilxanalar müşahidə olunmuşdur.
Buzovna və Mərdəkan qəsəbələrinin sahil zonasında 130 metrlik mühafizə zolağı gözlənilmədən xeyli yaşayış binalarının və mehmanxanaların tikintisi müşahidə olunmuşdur.
Suraxanı rayonu ərazisindən dənizə 6 çıxış qeydə alınmışdır. Ekoloji qaynar nöqtə kimi qeydə alınan Hövsan kanalı, «Cənub» kanalının davamı olmaqla gün ərzində təqribən 90 min m3-ə qədər yüksək dərəcədə çirklənmiş suyu birbaşa Xəzər dənizinə axıdır. Hövsan kanalının çirklənməsinə başlıca səbəb kanal boyu fəaliyyət göstərən kiçik müəssisələrdə («Arsenal» Atçılıq Təssərrüfatı, «Nelf» Quşçuluq Təssərüfatı və s.), yaşayış massivlərində, eləcə də iri sənaye müəssisələrində (Beynəlxalq Hava Limanının drenaj suları, Binə qəsəbəsindəki Islah Əmək Müəssisələrinin, «Binə» və «Sədərək» Ticarət Mərkəzlərinin, «Balaxanıneft» və «Suraxanıneft» NQÇI və s.) formalaşan çirkab suların təmizlənmədən və zərərsizləşdirilmədən axıdılmasıdır.
Xəzər dənizinə ən çox çirkab su axıdan kanalizasiya xətləri ilə zəngin rayonlardan biri Xətai rayonudur. Bu rayon ərazisindən dənizə 32 çıxış vasitəsilə müxtəlif dərəcədə çirklənmiş çirkab sular axıdılır və o cümlədən, təqribən 95%-i təmizlənmir. H.Əliyev adına Ali Hərb Məktəb yerləşən yaşayış sahəsindən 11 çıxış xətti vasitəsilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılır. Qəsəbənin sahil xəttində fərdi yaşayış evləri, heyvandarlıq üçün binalar və s. tikilməkdədir və bu ərazidə sahil zolağı zibilxanaya çevrilmişdir.
Rayon ərazisində fəaliyyət göstərən böyük müəssisələrdən biri olan «Azərneftyağ» NEZ-də hələ də köhnə, günün tələblərinə cavab verməyən təmizləyici qurğular istismar edildiyindən daxil olan çirkab sular təmizlənmır.
Səbail rayonu ərazisindən Xəzər dənizinə tökülən 47 axar qeydə alınmışdır. Dənizkənarı «Milli Park» ərazisindən dənizə təmizlənməmiş çirkab su axıdan 10-dan artıq kanalizasiya xətti fəaliyyət göstərir. Şəhərin «Böyük Bakı» kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmadığından şəhərin mərkəzi hissəsinin məişət-fekal çirkab suları Leysan Suları kollektorları vasitəsilə təmizlənmədən dənizə axıdılır. «Milli Park» ərazisində fəaliyyət göstərən «Mirvari» kafesinin yanında pilləkanların altında sızan içməli su itkisi uzun illərdir aradan qaldırılmır.
Bayıl qəsəbəsinin sahil zonasını tutan hərbi hissələrin ərazisindən 13 çıxış xətti vasitəsilə sənaye və məişət–fekal çirkab suları təmizlənmədən dənizə axıdılır.
Qəsəbədə yerləşən I.Allahverdiyev adına Gəmi Qayırma və Gəmi Təmiri Zavodunun ərazisindən, müəssisədə formalaşan çirkab suların çıxışından başqa qəsəbənin məişət-fekal çirkab suları da 2 çıxış xətti vastəsilə dənizə axıdılır.
Başlanğıcını Badamdar qəsəbəsindən götürən 32-ci kanala müəssisələrdə formalaşan çirkab sularla yanaşı, 20-ci yaşayış sahəsi və onun ətrafındakı yeni salınmış yaşayış massivlərinin, eləcə də Bayıl qəsəbəsinin bir hissəsinin məişət-fekal suları axıdılır.
Uzunluğu 6 km, əsas mənşəyi təmizlənməmiş qarışıq sulardan (məişət-fekal, istehsalat və qismən qrunt suları) ibarət olan 32-ci kanal Səbail rayonunda Badamdar qəsəbəsindən başlayaraq «20-ci sahə» yaşayış məntəqəsindən keçməklə «Xəzərdənizneftdonanma» GTZ-nun qərbindən Xəzər dənizinə (Sevinc buxtasına) tökülür. 32-ci kanalın çirklənməsinə əsas səbəb kanalboyu ərazilərdə yerləşən yüzlərlə fərdi yaşayış evlərinin, onlarla avtoxidmət məntəqələrinin, ticarət-iaşə obyektlərinin, səhiyyə, təhsil ocaqları və sənaye müəsisələrində formalaşan çirkab sularının açıq arxlarla və ya müxtəlif diametrli borularla bu kanala təmizlənmədən axıdılmasıdır. Kanal boyunca kiçik həcimli çoxsaylı qeyri qanuni zibilxanalar müşahidə edilmişdir.
Qaradağ rayonu ərazisindən 45 axar vasitəsi ilə müxtəlif dərəcədə çirklənmiş çirkab sular Xəzər dənizinə axıdılır. Lökbatan qəsəbəsinin, Ə.Əmirov adına NQÇI-nin, Hacı-Həsən gölünün qarışıq çirkab suları Qırmızı Göl vastəsiylə Lökbatan çimərliyi sahəsindən dənizə axıdılır və sahil zolağındakı 10 hektarlarla ərazini bataqlqlaşdırmışdır. Rayonun Sahil qəsəbəsi ərazisindən dənizə 4 çıxış xətti, o cümlədən «Qaradağ Sement» ATSC-nin, digərləri isə Bioloji Təmizləmə Qurğusunun (1 və 2 saylı nasos stansiyalarının qəza xətləri) qeydə alınmışdır. Rayonun yeni salınmış Ümid qəsəbəsindən 1, Səngəçal qəsəbəsindən isə 3 çıxış xətti vastəsilə çirkab sular dənizə axıdılır.
Xəzərin çirklənməsi
Xəzər dənizinin çirklənməsi əsasən XIX əsrdə dəniz və Volqa çayında gəmiçiliyin inkişafı, əsrin axırlarından başlayaraq sənayenin inkişafı ilə əlaqədar başlamışdır. Keçmiş sovet dövründə sənayenin durmadan inkişafı bu çirklənməni daha da intensivləşdirmişdir. Hazırda ildə orta hesabla Xəzərsahili dövlətlər tərəfindən dənizinə 39 mlrd. m3 təmizlənməmiş çirkab suları axıdılır ki, bu sularla dənizə 1000 adda zərərli kimyəvi maddələr daxil olur.
Mnemiopsis Leidyi daraqlı haqqında məlumat
Alimlər tərəfindən Mnemiopsis leidyi-nin daxili cənub dənizlərinə (Qara, Azov, sonra da Xəzərə) köçməsinin (invaziyasının) qeyd alınması onun bu dənizlərin ekosistemlərinə real daxil olma tarixindən xeyli sonra olmuşdur. Mnemiopsis daraqlısının birinci dəfə Qara dənizdə aşkar olunması 1982-ci ilə təsadüf edir (Pereladov, 1988), bir növ kimi isə o, 1986-cı ildə qeydə alınmışdır (Zaitsev et al., 1988).
Xəzər dənizində daraqlılar haqqında ilk məlumatı 1996-cı ildə balıqçılar vermişlər ki, bu da onların toruna düşməsi ilə əlaqədar olmuşdur. Lakin bu növ ancaq 1999-cu ildə Xəzər ETBTİ-nin mütəxəssisləri tərəfindən Türkmənistan sahillərində aparılan ekspedisiya zamanı qeydə alınmışdır (Zaitsev, 2001). Nəticə etibarilə Qara dəniz və Azov dənizinin ekosistemi 20 ildən artıq, Xəzər dənizi isə 10 ildən artıqdır ki, Mnemiopsis leidyi-nin təsiri altındadır.
Qara və Azov dənizində aparılan çoxillik tədqiqatlar nəticəsində Mnemiopsis leidyi-nin bu dənizlərin bütün ekosisteminə, ilk növbədə pelaqial və bentosa təsiri aşkar edilmişdir (Volovik, 2004).
Aparılmış tədqiqatlar göstərmişdir ki, Qara dənizdə Mnemiopsis leidyi-nin zooplanktonla intensiv qidalanması ilə əlaqədar olaraq zooplanktonun biokütləsi 23-30 dəfə azalmışdır.
Mnemiopsis dənizin dibindəki onurğasız heyvanların faunasına xeyli dərəcədə təsir edərək, onların pelaqial sürfələrini yeyir. Hesablanmışdır ki, mnemiopsis bentos orqanizmlərin pelaqial sürfələrini yeməsi nəticəsində, bentos orqanizmlərin biokütləsi 30% azalır (Volovik et al., 1993). Beləliklə, mnemiopsis Xəzər dənizində vətəgə əhəmiyyətli balıq sayılan nərəkimilərin, kilkələrin, kütümün və başqa balıqlarının qidalanma şəraitinə, onların ehtiyatının formalaşmasına, həmçinin sayına mənfi təsir göstərir.
Bununla əlaqədar olaraq, 2000-ci ildən başlayaraq Azər ETBTİ-nin əməkdaşları Xəzərin Azərbaycan sektorunda Mnemiopsis leidyi-nin sayının, biokütləsinin və yayılmasının öyrənilməsinə dair monitorinq çərçivəsində tədqiqat işləri aparırlar.
Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfat İnstitutu, habelə Rusiya Federasiyası, Qazaxıstan Respublikası və İran İslam Respublikasının müvafiq qurumları tərəfindən yabancı növ olan Mnemiopsis (Mnemiopsis Leydi) ilə mübarizə aparmaq üçün Beroye (Beroe Ovata) daraqlısının introduksiya imkanlarının tədqiqi üzrə tədbirlər proqramı hazırlanmışdır. Proqrama əsasən Xəzəryanı ölkələr tərəfindən Mnemiopsislə əlaqədar dəniz tədqiqatları keçirilir. Beroye daraqlısının mümkün olan introduksiyası şəraitində ekosistem proseslərinin modelləşdirilməsi, gəmi tankerlərinin ballast sularında daraqlı orqanizmlər üzrə monitorinqin keçirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.