19 iyun 2013-cü ildə Eko-Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılması” layihəsi çərçivəsində İsmayıllı rayonunda 1 nömrəli Uşaq bağçasında tədbir keçirmişdir. Qeyd etmək lazımdır ki, layihənin birinci mərhələsində təşkilat azərbaycan və ingilis dillərində “İqlim dəyişikliyi nədir” adlı kitabça nəşr etdirmişdir. Uşaq bağçasında keçirilən tədbirdə də həmin kitabça uşaqlara və bağça müəllimlərinə və tərbiyəçilərinə paylanmışdır. Continue reading Eko-Aləm İctimai Birliyi uşaq bağçasında
Category Archives: Uncategorized
İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılması.
Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cü il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılmasıi” layihəsi ilə iştirak etmiş və müsabiqənin qalibi olmuşdur. Layihəni həyata keçirilməsində əsas məqsəd təbiətdə gedən iqlim dəyişiklərinin uşaq sağlamlığına və inkişafına zərərli təsir risklərinin azaldılmasıdır. Uşaqlar yaranmış ekoloji amillərin təsirinə xüsusilə həssasdırlar. Continue reading İqlim dəyişikliyinin uşaq sağlamlığına zərərli təsir risklərinin azaldılması.
29-30-da İsveçin paytaxtı Stokholmda Şərq Tərəfdaşlıq Proqramı üzrə 4-cü Vətəndaş Cəmiyyəti Forumu
Forumun plenar iclasında Avropa Komissiyasının Genişləndirmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle, İnsan haqları üzrə BMT Şurasının vitse-sədri Kristian Ştroxal, İsveçin Avropa Birliyi üzrə naziri Birqitta Ohisson, Polşanın dövlət katibi Karatzina Petçinska-Naleçs, Moldova Xarici İşlər Nazirinin müavini Nataliya German və başqaları çıxış edib. Continue reading 29-30-da İsveçin paytaxtı Stokholmda Şərq Tərəfdaşlıq Proqramı üzrə 4-cü Vətəndaş Cəmiyyəti Forumu
30 noyabr Ümümdünya Fillər Günü
Bu gün bir sıra heyvanxanalarda, sirklərdə, təbiət parklarında bu heyvanlara həsr olunmuş tədbirlər həyata keçirilir.
Onlar əsasən Hindistanın və Afrikanın tropik meşələrində yaşayırlar. Fillər – sosial heyvanlardır. Onlar adətən ən yaşlı dişinin başçılıq etdiyi və ətrafında körpə fillər və dgər dişi fillərin olduğu qruplar halında yaşayırlar.
Fillərin tamam yer üzündən məhv olub itməmələri üçün onlar “Beynəlxalq Qırmızı Kitaba” daxil edilmişdir. Continue reading 30 noyabr Ümümdünya Fillər Günü
Eko – Aləm İB-nin sədri Yüzbaşeva Sevil 22 noyabr 2012-ci il tarixində Bakı şəhər Tofiq İsmaylov adına Uşaq – Gənclər Yaradıcılıq Sarayında ekoloyi maarifləndirmə ilə baglı seminar keçirtmişdir
Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlərindən pulsuz və güzəştlə istifadə edirlər. Continue reading Eko – Aləm İB-nin sədri Yüzbaşeva Sevil 22 noyabr 2012-ci il tarixində Bakı şəhər Tofiq İsmaylov adına Uşaq – Gənclər Yaradıcılıq Sarayında ekoloyi maarifləndirmə ilə baglı seminar keçirtmişdir