Category Archives: Uncategorized

8 may Ümümdünya qırmızı xac və qızıl aypara günü

8 May 2010 – 1953cü ildən bəri hər il 8 may Ümumdünya Qızıl Xaç və Qızıl Aypara günü kimi qeyd olunur.

Anri Dünan – dünya şöhrətli isveçli xeyriyyəçi, iş adamı, ilk Nobel mükafatçısı, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusudur.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı — beynəlxalq yardım cəmiyyəti.

Hərəkatın bir neçə qolu var:

  • Beynəlxalq Qırmızı Xaç Komitəsi — xüsusi xeyriyyə təşkilatdir, 1863-cü ildə İsveçrədə yaradılmışdır.
  • Beynəlxalq Qırmızı Xaç Və Qırmızı Aypara Federasiyası — 1919-cu ildə yaradılmışdır. Hazırda 185 ölkənin Milli Qırmızı Xaç Və Qırmızı Aypara Cəmiyyətlərini özündə birləşdirir.
  • Milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri — hər bir ölkədə özünə məxsus təşkilatdır.

Azərbaycan Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyəti 1920-ci ildə regionda ilk olaraq yaradılmışdır.

12 may Beynəlxalq tibb bacıları günü

Tibb bacıları günü Florens Naytinqeylin şərəfinə təsis olunub.

12 may Tibb bacıları günüdür. İngilis tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis olunan və 1971-ci ildən etibarən qeyd edilən 12 may tarixi Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən təsis olunub. Həmçinin, komitənin 1912-ci ildə keçirilən 9-cu konfransında yaralı əsgərlərə kömək edən tibb bacılarını təltif etmək üçün təsis edilmiş medala “Florens Naytinqeyl” adı verilib. Həmin konfransdan bəri səhiyyə sahəsində 40 ildən çox təcrübəsi olan, Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ilə fəal əməkdaşlıq edən, xüsusən döyüş bölgələrində çalışan tibb bacıları “Florens Naytinqeyl” medalı ilə təltif olunur.

15 may Beynəlxalq iqlim günü .

Bu gün meteoroloqlar tərəfindən indiki və gələcək nəsillərin firavanlığı üçün resurs olan iqlimin qorunmasının 40 mühümlüyünün elan edilməsi günü kimi qeyd edilir. İqlim dəyişkənliyi, hava, kəskin təbiət çevrilişləri ərzaq, həyat, əmlak təhlükəsizliyinə, su ehtiyatlarına, bütün ölkələrin dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərir. Bu iqlim gün 2007-ci ildə dekabr ayında Bali adasında keçirilən konfransda  komunike qəbul edilmişdir.

 

15 may Beynəlxalq ailə günü

BMT-nin baş katibi Pan Gi Mun 15 may 2011-ci il – Beynəlxalq Ailə Günü münasibətilə dünya ölkələrinə müraciət edib. Müraciətdə bir çox ailələrin daimi olaraq çətinlik çəkdiyi qeyd edilib. İşsiz və ifrat yoxsulluqda yaşayan böyüklər öz uşaqlarını lazımi qədər qida ilə təmin edə bilmir, bu da onlarda ömürlük fiziki və emosional iz buraxır. Ailənin digər üzvləri etinasızlıq və məhrumiyyətdən əziyyət çəkir. Baş katib bildirib ki, problemin kökündə çox vaxt sosial təcridolunma durur. Ayrı-seçkilik və sosial xidmətlərdən qeyri-bərabər istifadə ailələri uşaqları üçün daha yaxşı gələcək planlaşdırmaq imkanından məhrum edir. Geniş, bir valideynli, başçıları işsiz, xəstə və ya əlil olan, şəhər xarabalıqlarında və ya kəndlərdə yaşayan ailələr daha çox risk altındadırlar. Yerli və miqrant, o cümlədən münaqişə və ya iğtişaş bölgələrində yaşayan ailələr, həmçinin təcrid və məhrum olunur. Baş katib hər kəsi Beynəlxalq Ailə Günündə uşaqları böyüdən, yaşlılara qulluq edən, hər kəs üçün dözümlülük və ləyaqət prinsipləri üzərində qurulan möhkəm icmalar yaradan ailələrə dəstək verməyə çağırıb.