1983-cü ildən 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı əsasında qeyd olunan bu günün başlıca məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
YUNESKO-nun təşəbbüsü ilə keçirilən bu gün Azərbaycanda da qeyd olunmasına baxmayaraq, Mədəniyyət və Turizm Naizrliyindən Simsar.az-a bildiriblər ki, “Beynəlxalq abidələr və tarixi yerlər” günlə bağlı hər hansı tədbirin keçirilməsi nəzərdə tutulmayıb.
Respublikamızın ərazisində 6308 daşınmaz tarixi və mədəniyyət abidələri var. Bunun 2034-ü ölkə, 4209-u yerli, 65-i isə dünya əhəmiyyətlidir.
Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu təhlükə bizdən də yan ötməyib