All posts by admin

İqlim Dəyişikliyi Konfransı

Keçən 2011-ci ilin sonunda Cənubi Afrikanın Durbin şəhərində BMT-nin təşkilatçılığı ilə  keçirilən İqlim Dəyişikliyi konferensiyasını ilin ən mühüm hadisəsi kimi qiymətləndirmək olar. Bu konferensiyada Kiot protokolunda nəzərdə tutulan fəaliyyətlərin müddətinin uzadılması və  2020-ci ildə qüvvəyə minməsini sahəsində yeni razılaşmalar qəbul edilmişdir ki, bir sıra ölkələrə bu razılaşmaya qoşulmamışlar. Ölkələrin Kiot protokolunun ikinci etapında iştirakdan imtina etmələri ekspertlərin fikrinə görə, onların istehsalatda tətbiq etməli olduqları texnikalara qoyulan investisiyalardan imtina etmək deməkdir ki, bu da öz növbəsində ətraf mühitin çirklənməsinin qarşısını alan texnikalardan imtina etmək deməkdir. Buna baxmayaraq, dünyanın 194 ölkəsinin iştirak etdiyi Durbin konferensiyası zamanı qəbul edilən platforma çərçivəsində ölkələr, iqlim dəyişikliyinə təsir edən antropagen amillərə qarşı mübarizə tədbirləri hazırlayaraq,  həyata keçirəcəklərini bildirmişlər. Durbinində keçirilən konferensiyada  iqlim dəyişikliyinə təsir edən antropagen amillərə qarşı yeni mübarizə tədbirlərinin 2015-ci ilə qdər hazırlanması haqqında qərar qəbul edilmişdir. Qəbul edilən qərara görə, bu mübarizə tədbirləri 2020-ci ildən başlayaraq həyata keçiriləcəkdir. Beləliklə, Durbin konferensiyası zamanı Kiot protokolunda nəzərdə tutulan öhdəliklərə yeni həyat verilmiş, onların qüvvədə qalma müddəti 2020-ci ilə qədər uzadılmışdır. Qəbul edilmiş bu qərarları, ABŞ, Avropa İttifaqı, Çin və bir sıra başqa ölkələr musbət hal kimi qiymətləndirsələr də, eyni zamanda, bir sıra ekoloji təşkilatlar bunun qənaətbəxş olduğunu hesab etməmişlər. Beləki, Kanada Kiot protokolundan çıxdığını bəyan etmiş, Yaponiya və Rusiya isə Kiot-2  sazişində nəzərdə tutulan çox saylı öhdəliklərdən imtina etmişlər. Atmosferə atılan tullantı qazlara görə üç ölkə ABŞ, Çin və Hindistan birinci yerdədirlər.  Bu ölkələr inkişafda olan ölkələr siyahısında olduqlarından, inkişaf etmiş ölkələrin atmosferə tullantıların atılmasının miqdarı  barədə götürdükləri öhdəliklər onlara aid deyildir. Əsas atmosferi çirkləndiricisi olan bu ölkələrin, öhdəliklərdən imtina etməsi, qalan ölkələr tərəfindən atmosferə atılan СО2 qazının miqdarını  əhəmiyyətsiz etmişdir. Yeni qlobal razılaşmaya görə inkişafda olan ölkələrin, inkişaf etmiş ölkələrlə tərəfdaşlıq etməsi tullantı qazlarının atmosferə atılması səviyyəsini, dünya miqyasinda minimuma endirəcəkdir. Durbin konfransında bu yeni qlobal müqavilənin baglanmsı 2015-ci ildə həyata keçiriləsi nəzərdə tutulmuş, onun qüvvəyə minməsi isə 2020-ci il üçün planlaşdırılmışdır.

«Birləşmiş Millətlər Təşkilatının «İqlim dəyişmələri haqqında» Çərçivə Konvensiyasına dair» Kioto Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikası 18 iyul 2000-ci il tarixində Qanun qəbul etmiş və “Azərbaycan” qəzetində 17 avqust 2000-ci il, № 186 dərc edilmişdir.

Təşkilat haqqında məlumatlar

Təşkilatın adı:  “Eko- Aləm” İctimai Birliyi

Təşkilatının sədri:     Yüzbaşeva Sevil İsmayıl qızı

Məqsədi: Birliyin əsas məqsədi təbiətin mühafizəsi, ekologiyanın qorunmasına dair əhali arasında  maarifləndirmə işi aparmaqdır.

Birlik məqsədinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

      –  mütəmadi olaraq Xəzərin ekoloji problemləri və onların həlli yollarının araşdılınması;

      –  Azərbaycanın təbiət komplekslərinin, nadir və etalon təbiət ərazilərinin, tarix-mədəniyyət
obyektlərinin qorunub saxlanmasına kömək etmək;

      –  eko-turizm proqramlarını həyata keçirilməsi;

      –  zədələnmiş təbiət, tarixi-mədəniyyət komplekslərinin və obyektlərinin bərpası üçün kömək
etmək;

      –  ekologiyanın qorunması üçün müxtəlif profilaktik tədbirlərin həyata keçirilməsinə kömək

         etmək;

      –  ekoloji maarifləndirmə işini gücləndirməklə təbiətin mühafizəsinə əhalinin maraq hissini
gücləndirmək;

      –  ekologiya sahəsində çaləışangənc mütəxəssislərin bilik və bacarığının artırılmasına yardım
etmək.

“Eko- Aləm” İctimai Birliyi üzv olduğu yerli və beynəlxalq qurumlar.

Eko- Aləm” İctimai Birliyi “ 163 – QHT – ni özündə birləşdirən “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının üzvüdür.

29 – 30 oktyabr 2010 – cu ildə Qırğızstan Respublikası Bişkek şəhərində keçirilən Mədən Sənayesində Şəffaflığın Artırılması sahəsində səylərin gücləndirilməsi və genişləndirilməsinə həsr olunmuş  MSŞT Koalisiyalarının 6-cı Regiolnal  konfransının iştirakçısı.

Eko- Aləm” İctimai Birliyinin sədri Yüzbaşeva Sevil İsmayıl qızı 2012-ci ildə üzv olduğu “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının Kordinatoru seçilmişdir.

Avropa Şurasında qeydiyyatdan keçən “Tarix Mədəni Təbii və İrsi Qorumaq” şəbəkəsinin üzvü.

 

Avropa  Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti forumun üzvü və 2011-ci il Polşanın Pazdnan şəhərində keçirilən Üçüncü görüşündə  iştirak etmişdir.

2009-2011-ci illər üçün həyata keçirdiyi layihələr haqqında qısa məlumatlar.

Layihənin adı

Həyata keçirilmə müddəti

Donoru

1. İctimai birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının institutsional inkişafı, üzvlərinin bilik və bacarıqlarının artırılması ilə bağlı Konsepsiyası

 

19.08.2011

19.11.2011

 

ATƏT – in Bakı ofisinin maliyyə dəstəyi ilə

 

2. Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili.

15.07.2011

15.11.2011

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

3. Xəzər rayonu Şağan qəsəbəsi 124 ssaylı məktəb “Vətəndaş cəmiyyəti və ekoloji tərbiyə” mövzusunda 7 sinif şagirdləri ilə maarifləndirici seminar.

 

03.02 2011

“Eko- Aləm” İctimai Birliyi və “Bərabər İmkanlar” İctimai Birliklərinin təşkilatçılıqları ilə
4.  

Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji təhsil haqqında biliklərin verilməsi yardım.

 

 

01.10.2010

01.01.2011

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

5. ETSN-nin Mədən  Sənayesində Şəffaflığın Artırılması Koalisiyası  ilə birgə təşkil etdiyi “Göy-göl” meşələrinin monotorinqinin keçirilməsi layihəsi

17.06.2010

27.06.2010

ETSN-nin təşkilatçılığı ilə
6.  “Qızıl  hasilat sənayesində  şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi  və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik”.

 

01. 07.2010

30.06.2011

Açıq Cəmiyyət İnstitutu – Azərbaycan Fondu və RWI dəstəyi ilə

 

7. Uşaqların ekoloji təlim tərbiyəsində “Ekoloji oyunlar” – dan istifadə.

 

 

01.05.2009

01.09.2009

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

8. Səbayel rayonu 134 saylı məktəb müəllimləri üçün ekoloji oyunlarin təhsil sistemində tətbiq olunmasına həsr olunmuş treninqin təşkili.

 

15.06.2006

“Eko- Aləm” İctimai Birliyinin təşkilatçılığı ilə
9. Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi.

 

10.01.2009

10.04.2009

Açıq Cəmiyyət institutunun maliyyə yardımı

• Təşkilatın fəaliyyət göstərdiyi istiqamət :

Ekoloji maarifləndirmə.

Nəşrlər:

1. Kitab: “Ağaçın ürək döyüntüləri”– Açıq Cəmiyyət İnstitutuunn maliyyə yardımı:

2. Kitab: “Ağacla tanışlıq”- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası:

3. Kitab: “Gender və Ekoloji təhsilə yardım”- Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:

4. Kitab:  Ekoloji Mədəniyyət və TurizmAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:

 5. Meşədə Davraniş Qaydalari” adlı plakatAzərbaycan Respublikasının Prezidenti

         yanında  Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: