All posts by admin

AZƏRBAYCANIN ƏRAZİSİ


       Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.
Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunlugunda, Bakı 40° paralel üzərindədir.
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.
Dünyada ən böyük göl – Xəzər dənizi sahəsi 400000 km2, ən dərin yeri – 1025 m.
Ən yüksək dağ zirvəsi – Bazardüzü – 4466 m.

Su-bataqlıq ərazilər

        Azərbaycan Respublikasında ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq əraziləri mövcuddur.
Respublikamızda sahəsi 1000 hektardan böyük olan su-bataqlıq sahələrinin sayı 17-yə yaxındır (Böyük və Kiçik Qızılağac körfəzləri, Ağ göl, Mahmudçala, Hacıqabul gölü, Kür çayının deltası, Sarısu, Dəvəçi limanı, Xəzər sahili boyu ərazilər və s.). Həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif növ quş toplanır.
“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası 1971-ci il 02 fevral tarixində İranın Ramsar şəhərində imzalanıb. Konvensiya Azərbaycan Respublikası tərəfindən 2001-ci il 18 iyul tarixində ratifikasiya edilib.
Ağ göl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 2001-ci il 25 may tarixindən Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilib və hazırda digər böyük su-bataqlıq ərazilərinin də bu siyahıya daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 05 iyul tarixli Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilərək ona Milli Park statusu verilib. Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin də genişləndirilərək Dənizkənarı Milli Parkın yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, su-bataqlıq quşlarının mühafizəsi məqsədilə hər il 2 fevral “Ümumdünya Su-bataqlıq Əraziləri Günü” kimi qeyd olunur. BMT tərəfindən 2011-ci il “Beynəlxalq Meşələr İli” elan edildiyindən, cari ildə “Ümumdünya Su-bataqlıq Əraziləri Günü”nün “Bataqlıqlar və Meşələr” mövzusu altında qeyd edilməsi nəzərdə tutulub. Eyni zamanda bu il Ramsar Konvensiyasının imzalanmasının 40 ili tamam olur.

Daxili suları

           Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür.
Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.
Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Kür çayının ümumi uzunluğu 1515 km-dir, onun 906 km-i Azərbaycan Respublikası ərazisindədir. Hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Kür çayı üzərində Mingəçevir, Şəmkir və Yenikənd bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Mingəçevir su anbarından çəkilmiş iri suvarma kanalları – Yuxarı Qarabağ və Yuxarı Şirvan vasitəsilə Kür-Araz ovalığının torpaqları suvarılır.
Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır, Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kvadrat km-dir. Samur çayı Azərbaycanın şimal-şərqində ən iri çaydır. Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min kvadrat km-dir. Bundan başqa Qusarçay, Qudialçay, Vəlvələçay, Sumqayıtçay, Viləşçay, Lənkərançay və Astaraçay da Xəzər dənizinə tökülür. Azərbaycanda külli miqdarda dağ çayları mövcuddur. Əksər çaylar qar və yağışların hesabına qidalanır. Mənbəyini Böyük Qafqazdan götürmüş Balakənçay, Talaçay, Katexçay, Kürmükçay, Kişçay və digər kiçik çaylar Alazan-Əyriçay vadisində Alazan və Əyriçaya qovuşurlar.
Başlanğıcını Kiçik Qafqazdan götürmüş Ağstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Kürəkçay, Tərtərçay Kürə qovuşur, Həkəriçay, Oxçuçay və Naxçıvan MR ərazisindəki Arpaçay, Naxçıvançay, Əlincəçay, Giliançay, Ordubadçay Araza tökülür.
Azərbaycan Respublikası ərazisində 250-ə yaxın qidalanma və əmələgəlmə şəraitinə görə fərqlənən təbii şirin və şorsulu göl vardır. Onlardan buzlaq mənşəli Tufangölü, uçqun və sürüşmədən yaranan Göygölü, Maralgölü, Qaragölü, Batabatı və s., çay-dərə mənşəli Ağgöl, Sarısu, Mehman, Hacıqabul göllərini və ən iri şorsulu Acınohur, Böyükşor, Binəqədi və s. gölləri göstərmək olar.

Elan

“Eko – Aləm” İctimai Birliyi, “Sağlam həyata doğru” İctimai Birliyi  ilə birlikdə gənclərin ətraf mühitin qorunmasında iştirakının artırılmasına həsr olunmuş “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsini   Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirir. Layihə çərçivəsində “Ağacın ürək Döyüntüləri” adlı ekoloji oyunlardan ibarət çap olunmuş kitabın 28.02. 2009 tarixində  saat 1000 təqdimat mərasimi keçiriləcək.

Ünvan:  C. Cabbarlı küçəsi Caspian Plaza 3, 9 mərtəbə

“Eko – Aləm” İctimai Birliyi                Yüzbaşeva Sevil

“Sağlam həyata doğru” İctimai Birliyi    Həsənov Sadiq

Press Peliz

                                                     “26” avqust  2011-ci il

     1.        Tədbirin keçirildiyi tarix və yer: 

      Tədbir 26 avqust 2011-ci il tarixində Xaşmaz şəhərində Mədəniyyət və Turizm Mərkəzində Xaçmaz şəhərində Xaçmaz-Xudat Turizm istiqaməti üzrə  fəaliyyət göstərən istirahət mərkəzlərində çalışan mütəxəssislər, rayon ziyalıları, təhsil müəssisəsi işçiləri və gənclərin  iştirakı ilə tədbir keçirilmişdir.

     2.    Layihənin adı: “Mədəni Turizmin Inkişafi Məqsədi Ilə Ekoloji Maarifləndirici Ustad  Dərslərinin Təşkili”.

     3.     Donor: Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına   Dövlət  Dəstəyi Şurası

     4.    Tədbirin forması: Ekoloji maarifləndirici dərslərin təşkil edilməsi və keçirilməsi üzrə təlim.

     5.    Tədbirin mövzusu:

  • “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti”  mövzusunda    məlumatların verilməsi.
  • Ekoloji maaarifləndirici dərs: Müasir dünyada  ətraf mühitin vəziyyəti barədə məlumatların verilməsi;
  • İstirahətə gələn əhali qrupları ilə işləyərkən ekoloji maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi üçün ekoloji oyunları tədbiq etmək;
  •  Qruplara bölmək və ətraf mühit ünsürləri ilə bağlı tapşırıqların verilməsi və mövzu ilə bağlı ekoloji məlumatlandırıcı oyunların tədbiq edilməsi.

   6.   Məruzəçi, təlimçi və ya aparıcı:

  • “QHT, Vətəndaş Cəmiyyəti nədir, məqsəd və fəaliyyəti” mövzusunda  məlumatlar məruzəçi – Rafiq Təmrazov.
  • Ekoloji maaarifləndirici dərs: məruzəçi – “Eko – Aləm” İctimai Birliyinin Sevil  Yüzbaşeva.

    7.   İştirakçılar:  Xaçmaz-Xudat Turizm istiqaməti üzrə  fəaliyyət göstərən istirahət  mərkəzlərində çalışan mütəxəssislər, rayon ziyalıları, təhsil müəssisəsi işçiləri və gənclər  olmaqla 20 nəfər iştirak etmişdir.

    8.  Tədbirin məqsədi:  Ətraf Mühitin Qorunması sahəsində əhali arasında ekoloji mədəniyyətin yüksəldilməsinə və Azərbaycan Respublikası meşələrini çirklənmədən və yangınlardan qorumaq üçün maarifləndirici tədbirləri həyata keçirtməkdir. Bu məqsədlə layihə  çərçivəsində “Meşədə  Davraniş Qaydalari” adlı plakat və “Ekoloji Mədəniyyət və Turizm”  adlı ekoloji maarifləndirici məlumat kitabı nəşr edilmişdir. Tədbirdə iştirakçılar ekoloji   oyunlarda oynayaraq, belə dərslərin keçirilməsi ilə bağlı təlim keçdilər.

   9.    Müzakirələrdə çıxış edənlərin adı, soyadı, təmsil etdiyi qurum:

         Tədbirdən sonra iştirakçılar bu səmərəli və faydalı fəaliyyətə görə öz təşəkürlərini bildirdilər. Tədbirdə çıxış edən  Xaşmaz Mədəniyyət və Turizm Mərkəzində   çalışan Natavan Əhmədova tədbiri cox faydali və əhəmiyyətli hesab etdi və öz çıxışında bildirdi ki, müəyyən səbəblərdən   bəzi dəvət olunmuş istirahət mərkəzləri nümayəndələri  tədbirdə iştirak etməyirlər və xahiş etdiki onlara çatdırmaq üçün çap olunmuş “Meşədə  Davraniş Qaydalari” adlı plakatdan onlara  versinlər ki, Xaçmaz rayon Mədəniyyət və Turizm Mərkəzi onlarla mütəmadi olaraq onlarla birgə çalışdıqlarından bu müəssisələrə özləri paylasınlar. Natavan xanımın xahişi yerinə  yetirildi. Tədbirdə iştirak edən Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Tağıyev Emil “Eko – Aləm” İctimai Birliyinin Sevil Yüzbaşevaya belə faydalı fəaliyyətə görə öz təşəkkürünü  bildirdi və onları belə gözəl layihələrlə tez-tez Xaçmaz rayonuna işləməyə dəvət etdi və  “Eko – Aləm” İctimai Birliyin öz gələcək fəaliyyətində uğurlar arzuladı.

10.  Tədbirin gedişini əks etdirən 2 ədəd keyfiyyətli fotoşəkil (elektron variantı ən azı

 0,5-1 mb həcmində).

Foto şəkil əlavə edilmişdir.

 11.  Tədbir haqqında zəruri saydığınız əlavə

     “Eko –  Aləm” İctimai Birliyi tədbirdən sonra “Atlant” və “Dənizçi” İstirahət Mərkəzinə getmiş “Meşədə  Davraniş Qaydalari” adlı plakatın haradan asildığının monitorinqini aparmışlar.