All posts by admin

Kitab 4

EKOLOJİ MƏDƏNİYYƏT VƏ TURİZM

 

Kitab Azərbaycan Respublikasının Pre­zi­denti yanında Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Şurasının maliyyə yar­dımı ilə “Mədəni turizmin inkişafı məqsədi ilə ekoloji maarifləndirici ustad dərslərinin təşkili” layihəsi çərçivəsində hazırlanıb

Layihənin və Kitabın müəllifi    Yüzbaşeva Sevil İsmayıl qızı

 

AĞACIN YAŞINI NECƏ TƏYİN ETMƏLİ

ekoloji oyun

Əgər ağac kəsilibsə, onda onun yaşını təyin etmək üçün heç bir çətinlik yoxdur. Kötükdəki halqaları saysaq onun yaşını təyin edə bilərik.

Əgər ağac kəsilməyibsə, bəs onda onun yaşını necə təyin edə bilərik?

Bu halda yerdən 1,5 m hündürlükdə ağacın diametrini ölçmək lazımdır. Gəldiyimiz nəticə təqribi olacaqdır. Onun dəqiqiliyi bir neçə faktordan ağacın cinsindən və xüsusiyyətindən asılıdır. Ümumiyyətlə bu  üç factordan asılıdır:

  • Sürətlə böyüyən ağaclar üçün diametrinin hər 20 sm 10 il – bunlar qovaq, şabalıd və cökə;
  • Orta sürətlə böyüyən ağaclar üçün diametrinin hər 15 sm 10 il – yalançıçinar Platanus orientalis;
  • Yavaş böyüyən ağaclar üçün diametrinin hər 10 sm 10 il – bunlar palıd, fistıq, vələs.

Bir metr diametri olan palıd ağacının yaşi 100 il ola bilər.

Kitab 3

GENDER VƏ EKOLOJİ TƏHSİLƏ YARDIM 

 

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil  müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı  biliklərin verilməsinə yardım” layihəsi  çərçivəsində hazırlanıb

Layihənin və Kitabin müəllifi “Eko –Aləm “ İctimai Birliyinin sədri

  Sevil Yüzbaşeva

 

 

Giriş

 

   Continue reading Kitab 3

Kitab 2

Dəvə insanlardan dözümlüdür; Fil böyükdür, şir onu cəsurlqda ötür ondan güclüdür; inək ondan çox yiyə bilər;  quşlar çox saylı nəsl verir

“İnsan isə yaranıb ki, daima öyrənsin…”

Əbu Həmid Əl Gözəli ( 1058–1111 İran filosofu )

AĞACLA TANIŞLIQ

Ekoloji oyunlar

Kitab Azərbaycan Respublikasının Pre­zi­denti yanında Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Şurasının maliyyə yar­dımı ilə “Uşaqların ekoloji təlim tər­biyəsində “Ekoloji oyunlar” – dan istifadə” layihəsi çərçivəsində hazırlanıb

Layihənin və kitabın müəllifi “Eko –Aləm” İctimai Birliyinin sədri  Yüzbaşeva Sevil İsmayıl qızı

Ağacla tanışlıq 

ekoloji oyun

Adətən, bu oyunu ağacları çox uzaq olmayan məsafədə bitən açıq sahələrdə və yaxud meşədə oynayırlar. Uşaqları iki – iki olmaqla qruplara bölün. Hər qrupdan bir nəfərin gözünü bağlayın. Gözü bağlı olan oyunçunu onun tərəf müqabili, əlindən tutub öz zövqünə uyğun, bəyəndiyi və əvvəlcədən seçdiyi bir ağacın yanına gətirir. Meşədəki ağacın seçilməsi (onun dərinliklərinə qərq olunması) uşaqların yaş həddinə görə seçilir. Beləki bu, 20 – 30 m dərinliklərə qədər getmək olar (kiçik yaşlı uşaqlardan başqa).

Sonra gözü yumulan oyunçuya ağaca çox həssaslıqla qabığına toxunaraq, hiss etdiklərini yadda saxlaması tapşırılır. Gözü bağlı oyunçuya ağacı tədqiq etmək haqqında əmr verməyin, bu onun marağına səbəb olmaz. Ona belə suallar verin: Ağac canlıdırmı? Sən onu qucaqlaya bilərsənmi? O, səndən böyükdürmü? Sən ağacda hansı meyvənin bitdiyini söyləyə bilərsənmi? Bu ağacda heyvan yaşadığını deyə bilərsənmi? Sonra onu yenidən oyunçuların dayandıqları yerə başqa yolla gətirirlər. Sonra onun gözlərini açırlar və həmin oyunçu öz hisslərinə arxalanaraq, öz “ağacını” tapmaq tapşırığı verirlər. Onun tərəf müqabili onun düz tapmağına nəzarət edir. Sonra oyunçular bir – birlərini əvəz edirlər.

 

Nəşrlər

Kitab 1

Ağacın ürək döyüntüləri

Ekoloji oyunlar

Kitab Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun “Gənclərin ekoloji tərbiyəsində qeyri ənənəvi metodlardan istifadənin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi    çərçivəsində hazırlanıb.

Layihənin və Kitabın müəllifi “Eko –Aləm “ ictimai birliyi

AĞACIN ÜRƏK DÖYÜNTÜLƏRI

  Ekoloji oyunl

1.   Oyunun məqsəd: müşahidə qabiliyyətini inkişaf etdirmək.

Oyunun şərtləri:  sakitlik

Oyun uşaqlara nə verir və hansı hissləri inkişaf etdirir: ağaclara toxunmaraq, təmasda olmaq, ağacın fiziologiyasını öyrənmək.

Harada və necə oynamalı: gündüz vaxtı meşədə.

Oyunçuların sayı: bir və birdən artıq.

Oyunçuların yaşı: 4 yaş və ondan böyük.

Lazım olan xüsusi alətlər: stetoskop

Ağac – canlı orqanizmdir. O qidalanır, nəfəs alır, onda bizim kimi “qan” dövranı baş verir. Ağacın ürək döyüntüləri – bu xırçıldayaraq, özünə məxsus səs çıxardan gözəl həyat axınıdır. Ağacın ürək döyüntülərini dinləmək üçün ən yaxşı vaxt yazın ilk aylarıdır ki, bu zaman ağac, budaqlarına ilk şirəsini göndərməyə başlayır və inkişaf edərək boyunun artırmasına hazırlaşır . Bu oyun üçün nazik qabıqlı, diametri 15 sm. olan ağac seçmək lazımdır. Enliyarpaqlı ağacların ürək döyüntüləri iynə yarpaqlı ağaclardan daha yaxşı eşidilir. Elə ağaclar da vardır ki, onların ürək döyüntüləri başqalarından daha aydın və ucadan eşidilir. Stetoskopu ağaca elə sıxın ki, tərpənməsin və əlavə səslər eşidilməsin. Ən uca səs gələn yeri tapmaq üçün stetoskopu ağacın bir neçə yerində qoyub, sakit qulaq asmaq lazım gəlir. Bu iş uşaqlara çox maraqlı gələ bilər və ola bilsin ki, onlar öz ürək döyüntülərinə də qulaq asmaq istəsinlər. Yaxşı olar ki, onların heyvanların da ürək döyüntülərinə qulaq asmaq imkanı olsun. Uşaqlar bu zaman müxtəlif gözəl, maraqlı ritmlər eşidəcəklər.

2 aprel Beynəlxalq Uşaq Kitabı günüdür

Məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir 

2 aprel tarixi Beynəlxalq Uşaq Kitabı günüdür. Uşaq ədəbiyyatının məhz bu tarixə təsadüf etməsinin maraqlı tarixçəsi var. Aprelin 2-də məşhur nağılçı Hans Xristian Andersen anadan olub. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxaq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb.